Advert

Azeri şair Seadet Qeribinin şiirleri

Azeri şair Seadet Qeribinin şiirleri

Azeri şair Seadet Qeribinin şiirleri
Bu içerik 130 kez okundu.

DARIXIRAM

Darıxıram,
xəyalın ovudur ürəyimi
Boylanır baxışların
duyğularıma,
Arxanca dikilir gözlərim,
Kipriklərim səpələnir
sevgi yollarıma.
susur ümidlərim...
Yağış oğrun - oğrun
isladır arzularımı
Nəyləyim?..
dinləyimmi səssizliyimi.,
Gəcənin qoynunda
boğummu sabahımı?..
Başımı söykəyib qururuma
səni düşünürəm...
Axtarıram
mənə deyə bilmədiyin
sözlərini,
Bir də ürəyimdə
qoyub getdiyin
izlərini...
Yaman kövrəlmişəm,
illərcə arxanca yüyürən
o yorğun sevgimə
yaxın gəl qopar onu
ayılsın keçmişindən…
Ovundur həsrətimi
vüsalın beşiyində...

 

 

İNCİMƏ ÜRƏYİM

İncimə ürəyim,
səni çox incitmişəm,
Səni gözlərimin önündə
sanki heç görməmişəm .
Nə gündüzün gündüz olub ,
nə gecən gecə
dərd vermişəm gizlicə,
Hıçqırıqla döyünmüsən ,
yanmısan, yaxılmısan.
Hər dəfə dərd, qəm çəkib
bir küncə sıxılmısan.
Daha istəmirəm ki mən,
alışasan, yanasan,
Bir daha dərd, qəm olan
tərəfə boylanasan.
Bir rahatlıq tapıram
sinəmdə döyünəndə,
İçimdə böyüyürsən
səninlə öyünəndə.
Sadəcə bir boşluğam,
sanki zaman dayanıb,
Bəzən elə sanıram
mənim gözümdə sevgi,
Səndəsə ruh oyanıb....
Bahar gəlmir bağıma,
xəzan olur duyğular ,
İçimi qurdtək yeyir
tükənməyən sorğular.
Yalnız azan səsində
tapıram mənliyimi.
Səni sevirəm, Allah,
Mənim ürək səsimlə
tanıtdın kimliyimi ..

 

 

DARIXMAQ NƏDİR

Mən yaxşı bilirəm darıxmaq nədir,
Darıxan ürəyin nisgili çoxdur.
Qəlbimi sevdana verdiyim gündən-
Elə bil köksümdə ürəyim yoxdur.
Sən hardan biləsən darıxmaq nədir?
Su olub arxamca heç axmadın ki,
Çırpınıb sahilə dalğalar kimi-
Mənimçün bir damla darıxmadın ki.
Mən yaxşı bilirəm darıxmaq nədir,
Darıxmaq dərd-qəmə dalmaq deməkdir.
Yığıla başına bütün kainat,
Darıxdın,tək- tənha qalmaq deməkdir.
Mən yaxşı bilirəm darıxmaq nədir,
Darıxmaq yuxunu unutmaq demək..
Gecələr yuxusuz sabaha qədər,
Allahdan əbədi yuxu diləmək.
Mən yaxşı bilirəm darıxmaq nədir,
Darıxan bir insan qışa bənzəyər.
Şüşə qəfəsdəki çırpınan qəlbi ,
Qanadı qırılmış quşa bənzəyər.
Mən yaxşı bilirəm darıxmaq nədir,
Qədəri , qisməti durub gəzməmək...
Mən yaxşı bilirəm darıxmaq nədir,
Çarəsiz , ümidi durub gözləmək...

 

 

AXTARIRAM YERDƏ MƏN “GÖY ÜZÜNÜ”

Dəyişibdir dövran, dəyişib zaman
Yalan azad olub , həqiqət əsir
Ədalət qoluna taxılıb zəncir..
Haqsızlıq qolunu sallayıb gəzir
Şeytanlar gəzərək Yerin üzündə
Zikrsiz insanları salır toruna
Uyma sən şeytana , təfəkkürlü ol
Lənət oxunmasın sonra goruna
Dilin " dua "olsun, qulagın " azan"
Üsyanla yaşama, şükür elə sən
Tövbe et , günahla oynama heç vaxt
Nurlu bəraəti ala biləsən..
Torpaq sinəsinə çəkib ahları
Saymaqla bitərmi İnsan günahı
Dinini,Allahı unudanların
Qaranlıq olacaq vallah sabahı
Yer üzündə olan bu tufanlardan
Göylərin tufanı baxıb təngimiş
Haraylı,gür səsli o şimşəklərin
Yerdəki şimşəkdən səsi səngimiş
Baxıram səmaya- aydın , tərtəmiz
Məcburam yazmağa sözün düzünü.
Tapmıram heç yerdə elə möcüzə
Axtarsam da yerdə mən “Göy üzünü”

 

 

SƏSLİ SƏSSİZLİK…

Qəlbimi bürüyüb
yeni qayğılar,
Baxıram göylərə
münəccimlərtək..
Sinəmdə paslanıb
küskün duyğular ,
Bilirəm halımdan
inciyib ürək..
Yağışlı, şimşəkli
olsa da eşqim,
Sevginin şövqündən
yanırdı gözüm.
Ürək dil açmışdı
məhəbbətimlə-
İndi sevdasına
qalmayıb sözüm.
Bu həyat nə qədər
yorsa da məni,
Sevgimə sığınıb
yaşadım mətin .
Ürəyə yol tapmaq
asandır bəlkə,
Sonadək orada
yaşamaq çətin .
Bilirsən ,sən kimsən-
deyim qulaq as,
Sən mənim ömrümün
sənsizliyisən..
Qəlbimdən getsən də
unutma ki sən-
Qəlbimin ən səsli
səssizliyisən...

 

 

Sende Yorumla...
Kalan karakter sayısı : 500
İLGİNİZİ ÇEKEBİLİRX
Öğrencilerden Huzurevine Ziyaret
Öğrencilerden Huzurevine Ziyaret
TİCARİ TAKSİLERE ORTAK DENETİM
TİCARİ TAKSİLERE ORTAK DENETİM