Advert

Azərbaycan kişisinin qəhrəmanlıq simvolu

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Azərbaycan kişisinin qəhrəmanlıq simvolu
Bu içerik 113 kez okundu.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Azərbaycan kişisinin , ərəninin şücaət dolu qəhrəmanlığının təcəssümü. İgidliyi və rəşadəti əslərlə özündə qoruyub saxlayan Azərbaycan kişisinin simvolu. Vətən təəssübkeşliyinin , ana - bacı namusunun qoruyucusu. Kişi kimi kişi, ərən kimi , ərən . M.Ibrahimov 1988 - cı ilin bu günü - fevral ayının 7- də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O , hamı kimi doğulsa da, hamı kimi yaşamayan bir əfsanəyə çevrildi Babəklərin , Koroğluların , Mehdilərin , Həzilərin keçdiyi qəhrəmanlıq və rəşadət yolunu uğurla davam etdirdi. Vətən eşqi , Vətən sevgisi qəlbinin sönməz atəşi oldu və bu sönməzlik , bu sevgi onu amansız düşmənə qəhrəmanlıq dərsi keçməyə , Azərbaycan kişisinin məğlubedilməzliyini , əyilməzliyini , bir qarış torpağını belə düşmənə verməyəcəyini , son damla qanınadək mübarizə aparıb, təslim olmayacağını göstərməyə vadar etdi. Düşmənin öz silahını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşdü. Nəinki adından , hətta cansız bədənindən belə qorxan düşmən 14 gün onun cəsədini saxladı. İgidini qəhrəmanlıqla qarşıladı Azərbaycan xalqı. Müqəddəslik simvolu olan Azərbaycan bayrağına bükülmüş tabut barmaqlar ucunda son mənzilə yola salındı. " Qəhrəmanı ağlamazlar" deyən Şamama ana fəxrlə öz övladının tabutunun altına girdi. " Şəhid olsam , ağlamayın , əksinə , sevinin ki, o məqama yüksəlmişəm" - deyən Mübarizin məqamını uca sandı , valideynləri , yaxınları və artıq hər bir ailənin öz övladına çevirmiş Azərbaycan xalqı. Şəhidlər ölməz - deyərək ondan sonra qələbə əzmkarlığı ilə döyüşə atıldı Nurlanlar , Raminlər , Turallar , Anarlar , Tapdıqlar .. Və ölməzliyi yaşatdılar ölümsüzlükləri ilə..

M.Sadıqova

Sende Yorumla...
Kalan karakter sayısı : 500
İLGİNİZİ ÇEKEBİLİRX
Öğrencilerden Huzurevine Ziyaret
Öğrencilerden Huzurevine Ziyaret
TİCARİ TAKSİLERE ORTAK DENETİM
TİCARİ TAKSİLERE ORTAK DENETİM